Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.

Ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo