Baş Prokurorluq Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Mətbuat xidmətindən verilən məlumata görə, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

Qeyd edək ki, bu gün mediada yayılan məlumatda Pərvin Fərəcovun Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin olunduğu bildirilir.

İstinadlar Qafqazinfo