Baş Prokurorluğun Mətbuat Xidməti Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı rəsmi məlumat yayıb. 

verilən məlumatda deyilir: “27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” – Zümrüd Yağmur

İstinadlar Qafqazinfo