Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev həbsinə buraxılması ilə bağlı açıqlama verib.

Məlumat görə, qurumun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.