“Tərtər işi” ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir”.

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir: “Qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək”.

Onun sözlərinə görə, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub: “Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.