
Belarus və Azərbaycan arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrini əhatə etməklə dinamik inkişaf etməkdə davam edir.
Bunu Belarus baş nazirinin müavini İqor Petrişenko deyib.
O bildirib ki, bu yaxınlarda azərbaycanlı həmkarı Əli Əhmədovun iştirakı ilə Hökumətlərarası Komissiyanın birgə iclası keçirilib. Görüş zamanı Belarus Prezidentinin Azərbaycana dövlət səfəri zamanı dövlət başçılarının verdiyi bütün tapşırıqlar ətraflı işlənib: “Bunlar toplanmış texnikaların həcmlərinin nomenklaturasının genişləndirilməsi və müvafiq xidmət mərkəzinin, gübrə istehsalı müəssisələrinin yaradılması, dərman vasitələrinin tədarükünün artırılması ilə bağlı məsələlərdir”.