“Ukrayna “Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparır”.

Bunu ölkə Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

“Orada bir neçə yüz yaralı var. Onları xilas etmək lazımdır. Çünki Rusiya tərəfi hər şeyi eyni anda qəbul etmirlər. Beləliklə, ilk növbədə ağır yaralıları və və həkimləri xilas etmək istəyirik. Onlar 60 nəfərdir”, – o bildirib.

Məlumata görə, Rusiya qoşunları zavodun ərazisinə raket-bomba zərbələri endirir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirirlər.

İstinadlar Report