Azərbaycan-İran əməkdaşlığı yeni yaranan reallıqlar fonunda müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub.
Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
Onun sözlərinə görə, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verirlər və eyni mövqedən çıxış edirlər ki, əlaqələrin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir: