Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.

Iclasda Şura üzvləri Birliyin geoloji portalının doldurulması üçün açıq istifadəli məkan məlumatlarının mübadiləsinin gələcək təşkili ilə bağlı qərar qəbul ediblər.

İclasda həmçinin MDB üzvü olan dövlətlər arasında mülki gəmiqayırmanın inkişafı və gəmi avadanlığının istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi müzakirə edilib, eyni zamanda MDB üzvü olan dövlətlərin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası üzrə əməkdaşlıq haqqında Memorandum layihəsi nəzərdən keçirilib. Bu layihə Birlik ölkələrinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə yönəlib.

MDB İqtisadi Şurasının növbəti iclasının noyabrın 29-da keçirilməsi planlaşdırılır.

İstinadlar Report