Nazirlər Kabineti “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nı təsdiq edib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.  

Sənədə əsasən, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib.

İlkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.