Nazirlər Kabineti “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə ediləcək.

Vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.