Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə qaz nəqli sistemi vasitəsilə Rusiya qazının tranzitini uzatmağa hazırdır, lakin “Qazprom”la mövcud müqaviləni uzatmayacaq və ya yeni müqavilə imzalamayacaq.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, əgər Avropa ölkələri vahid mövqedən çıxış edərsə və ya Avropa tərəfdaşlarından biri öz qazı üçün tranzit ölkə kimi çıxış edərsə, Ukrayna belə bir xidmət göstərməyə hazırdır: “Burada təşəbbüs Aİ və bizim avropalı tərəfdaşlarımızın tərəfindədir”.