Ukrayna ölkənin bərpası məsələsində Türkiyə şirkətləri ilə yaxından işləyəcək.
“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna –2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıhal çıxış edən Ukraynanın Baş naziri Denis Şmıhal deyib.
“Biz ərazilərimizin bərpasında Türkiyə şirkətləri ilə yaxından işləyəcəyik”, – siyasətçi qeyd edib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar: “Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çoxlu sayda müqavilələr imzalanıb. Müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada “Bayraktar”ın zavodu tikilir”.