Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarında dəyişiklik edilib.

 

Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarda adından və 1-ci hissəsinin birinci abzasından (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və 2 bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) sözləri çıxarılıb.

Həmçinin 1-ci hissənin üçüncü abzasında göstərilib ki, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat olmalıdır.

Bildirilib ki, bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır.

Eyni zamanda, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü – 12 saat olmalıdır.

Oxumağa dəyər:   Sabah Azərbaycanda 650 min ağac əkiləcək

Bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);”.

Bu Qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının 2.4-cü bəndinə əsaslanır.