“NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, – o vurğulayıb. 

İstinadlar Report