“NATO-ya üzv ölkələr İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitdə Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər”.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq “El Pais” qəzetinə müsahibəsində deyib.

“Madrid sammiti NATO üçün həlledicidir. Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaqlar və bu məsələ ətrafında birləşəcəklər”, – o bildirib.

Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: “İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə, diqqət mərkəzində Rusiya və Ukraynadır. Amma Şimali Afrikada və Saheldə bölgəsində terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri unutmamalıyıq. Buna görə də biz cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək və terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyini gücləndirmək üçün Mavritaniyaya yeni dəstək paketi ilə bağlı razılaşacağıq”.

İstinadlar Report