BMT Baş katibi Antonio Quterreş Yəməndə husilərin saxladığı yeddi təşkilat üzvünü buraxmağı tələb edib.

O, bu barədə “X”də yazıb.

“Bu həftə Yəməndə husilər saxladığı 7 BMT əməkdaşının, eləcə də, daha əvvəl saxlanıların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm”, – o bildirib.

Baş katib qeyd edib ki, öz işlərini yerinə yetirən BMT əməkdaşları həbs olunmamalı və saxlanılmamalıdır.

İstinadlar Report