
Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB ilə əməkdaşlıq etməmək Ermənistana çətin olacaq.
Bunu Birliyin baş katibi Sergey Lebedev bildirib.
“Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər nəyə lazımdır? MDB ölkələri və Belarus, bildiyim qədər Ermənistana bu qarşılıqlı əlaqəni qoruyub saxlamağa kömək etməyə hazırdır”, – o qeyd edib.
Ermənistanla ABŞ arasında yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Aİ-yə qoşmaq planlarından danışan MDB baş katibi qeyd edib ki, çox sənəd imzalanır, lakin sonra yerinə yetirilmir.
“Çox sənəd imzalanır, lakin onların hamısı yerinə yetirilmir. Sonra həyat öz düzəlişlərini edir”, – S.Lebedev bildirib.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib və parlamentə göndərib.