DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 25 əməliyyat keçirilib.

Nəticədə narkoşəbəkənin daha 30 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 15-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 352 kiloqram heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 min ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

İstinadlar Report