Azərbaycanda hərbi qulluqçu yol qəzasında ölüb.

Baş gizir Zahid Səlimov Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib.

Hadisə ilə bağlı ötən gün Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, həmin ərazidə C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.