“Sevilya”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Barselona”da davam etdirəcək

Klublar arasında razılıq əldə olunub.
“Barselona” Lanqlenin sərbəst qalma dəyəri olan 35 milyon avronu ödəyərək, onu heyətinə qatacaq. Fransız futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.
Cari mövsümdə La Liqada 34 matçda meydana çıxan Kleman Lanqlenin aktivində 3 qol, 1 məhsuldar ötürmə var.