Kataloniya səlahiyyətliləri Barselona Beynəlxalq Hava Limanında təyyarənin baqaj hissəsində radioaktiv maddə olan bağlamanın aşkarlanması ilə əlaqədar xüsusi fövqəladə hal protokolunu işə salıb.

Bu barədə regional mülki müdafiə xidmətinin press-relizində deyilir.

Məlumata görə, paketdə aşağı intensivlikli radioaktiv material olub. Nəticədə hadisə yerinə yanğınsöndürmə briqadaları və radioaktiv aktivliyin koordinasiyası xidmətinin əməkdaşları gəlib.

“Bağlama təyyarənin baqaj bölməsində olub. Onu oradan çıxarmaq istərkən bağlamanı kənar təsirdən qoruyan xarici karton qatının zərər gördüyü aşkar edilib”, – sənəddə deyilir.

İstinadlar Report