İspaniya Kral Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

1/4 finala yüksələn bütün komandalar bəlli olub.
“Espanyol” ilk oyunda 1:2 hesab ilə uduzduğu “Lebante”ni 2:0 məğlub edərək turu keçib.
“Sevilya” isə ilk oyunda olduğu kimi bu dəfə də “Kadiz”ə qarşı amansız olub – 2:0, 2:1.
Sonuncu xoşbəxt isə “Barselona” olub. Katalonlar ilk oyunda gözlənilmədən heç-heçə oynadığı “Selta”nı “Nou Kamp”a çıxmağa peşman ediblər – 5:0.
Bununla da 1/4 finala “Valensiya”, “Atletiko”, “Espanyol”, “Sevilya”, “Real”, “Alaves”, “Barselona” və “Leqanes” yüksəlib.