Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Anadolu” xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan fransalı həmkarına “Barış bulağı” əməliyyatının məqsədləri barədə məlumat verib.

Daha sonra Suriyanın şimalındakı PKK-YPG və İŞİD terrorçularının Türkiyənin təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhdidlərdən söz açılıb.

Prezident Ərdoğan əməliyyatın regional və qlobal sülhə, sabitliyə töhfə verəcəyini dilə gətirib.