Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinə və daha altı sabiq hökumət məmuruna qarşı cinayət işi açılıb.
Bu, hökumət dəyişikliyindən sonra ona qarşı açılmış ilk cinayət işidir.
Şeyx Həsinə və bir sıra hökumət rəsmiləri iyulun 16-da etiraz aksiyaları zamanı Məhəmmədpur şəhərində ərzaq mağazasının sahibi Əbu Səidin polis tərəfindən güllələnərək öldürülməsində əli olmaqda ittiham edilir.
Nəşrin daha əvvəl yaydığı məlumatda onun polisə təhlükə törətmədiyi, digər etirazçılardan aralıda dayandığı və heç kimə hücum etmədiyi bildirilib. Polis isə fərq qoymadan etirazçılara atəş açıb.