Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib.
Bu barədə xarici KİV məlumat yayıb.
Onun ölkəni tərk edərək Finlandiyaya gedə biləcəyi bildirilir.
“Baş nazir və bacısı daha təhlükəsiz yer tapmaq üçün Qanabhaban Sarayını tərk edib. O, müraciət hazırlamaq istəyib, lakin buna imkanı olmayıb”, – agentlik mənbədən sitat gətirib.
Baş nazirin ABŞ-da olan oğlu sosial şəbəkələrdə ölkənin təhlükəsizlik qüvvələrini seçilməmiş hökumətin hakimiyyətə gəlməsinə imkan verməməyə çağırıb.
Ayrı-seçkiliyə Qarşı Tələbə Hərəkatının bazar günü başladılan hakimiyyətlə çoxgünlük “əməkdaşlıq etməmə aksiyası”nın elanından sonra ölkə daxilində etirazlar və nümayişlər başlayıb. Hökumət əleyhdarı tələbələr, polis və hökumət tərəfdarları arasında toqquşmalar iğtişaşlara çevrilib.
Xatırladaq ki, Banqladeşin paytaxtı Dəkkədə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.