Pakistan Banqladeşin Baş naziri Şeyx Hasinanın ölkədəki kütləvi etirazlar və iğtişaşlar fonunda hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmir.

Bunu Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Pakistanın Banqladeşlə münasibətləri konstruktiv dialoq və əməkdaşlığa əsaslanır. Biz Banqladeşdəki siyasi vəziyyətin tezliklə həllinə və iğtişaşlara son qoyulmasına, həmçinin bu ölkədə sabitliyin bərpasına ümid edirik”, – M.Zəhra bildirib.

Bəluç qeyd edib ki, Hindistanın Şeyx Hasinanın hakimiyyətdən kənarlaşdırılmasında İslamabadın iştirakı ilə bağlı iddiaları əsassız və həqiqətə uyğun deyil.

Qeyd edək ki, kütləvi etirazlar nəticəsində ölkənin 4-cü müddətə baş naziri olan xanım Hasina Hindistana qaçıb. 1970-ci illərədək Pakistanın bir parçası olmuş Banqladeş məhz Hindistanın dəstəyi ilə müstəqillik qazanıb və bu ölkə ilə sıx əlaqələr saxlayır.