Banqladeşdə sərnişin qatarları toqquşub.

Məlumata görə, hadisə Brahmanbariya dairəsində qeydə alınıb. Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 28 nəfər xəsarət alıb.

Yerli polis bildirib ki, ölənlərin sayı arta bilər. Ona görə ki, bəzi sərnişinlər sıxılmış vaqonların arasında qalıb.

İstinadlar Report