
Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.
Bu barədə “The Daily Observer” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, yanğın fevralın 29-da saat 21:50-də (Bakı vaxtı ilə – 19:50) paytaxtdakı restoranların birində başlayıb.
Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və alovun qarşısı alınıb.