Banqladeşdə polis, etirazçılar və hakim partiya fəalları arasında toqquşmalarda azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə “Reuters” xəbər verib.
Qeyd olunur ki, polis Baş nazir Şeyx Hasini istefaya çağıran on minlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səsli qumbaradan istifadə edib.
Məlumata görə, bazar günü ölkə daxilində bərpa olunan etiraz aksiyaları zamanı nümayişçilər əsas magistral yolları bağlayıblar, işə gedən iki inşaatçı ölüb, 30 nəfər üçtərəfli toqquşma nəticəsində yaralanıb.