Banqladeşdə etirazçılar paytaxt Dəkkədə ölkə parlamentinin binasına soxulublar.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılır.
Görüntülərdən aydın olur ki, onlarla insan deputat kürsüsündə əyləşib, stolların üstündə dayanıb siqaret çəkib, digərləri isə baş verənləri mobil telefonla çəkiblər.
Görüntülərdə etirazçıların binada ətrafa ziyan vurduğu görünür.