
Banqladeşdə denge virusundan ölənlərin sayı min nəfəri ötüb.
Bu barədə Banqladeş Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə hər gün minlərlə insan denge qızdırması səbəbilə xəstəxanalara müraciət edib. Müraciət edənlərdən 1 006 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Banqabandhu Tibb Fakültəsinin dosenti Rafiqul İslam bildirib ki, virus ölkənin 64 bölgəsində ilk dəfə aşkarlanıb. Onun sözlərinə görə, musson yağışları mövsümündə və ya digər vaxtlarda təmiz saxlanılmalı olan yerlər təmizlənməyib, nəticədə virus sürətlə yayılmağa başlayıb.