Banqladeşin mərkəzi hissəsində avtobusun körpüdən aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə “Bdnews24” agentliyinə polisdən məlumat verilib.

Qeyd olunub ki, hadisə şəhərlərarası magistral yolda baş verib. Belə ki, avtobus hərəkət zolağından kənara çıxaraq maneəyə çırpılıb və dərəyə yuvarlanıb.

Altı nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada vəfat edib. Bütün yaralılar xəstəxanalara aparılıb. Yerli qurumlar ölənlərin sayının artacağının ehtimal olunduğunu bildirib.

İstinadlar Report