Banqladeşin istefa verən Baş naziri Şeyx Hasinanın hökumətində xarici işlər naziri olan Həsən Mahmud qadağaya görə Dəkkə hava limanından uça bilməyib.
Qeyd olunur ki, Banqladeş XİN başçısı Dəkkə hava limanında olarkən onun ölkədən xaricə uçması qadağan edilib. Mahmudun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatı hava limanındakı mənbələr də təsdiqləyib.