
Tailandın paytaxtı Banqkokda tikilməkdə olan Baş Auditor İdarəsinin binasının zəlzələ zamanı uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Bu barədə “The Nation” qəzeti məlumat yayıb.
53 nəfər hələ də itkin sayılır. Onların hamısı obyektin tikintisi ilə məşğul idi.
“Məqsədimiz bu ayın sonuna qədər binanın dağıntılarını tam təmizləməkdir”, – Banqkok meri Çatçat Sittiphan deyib.