
Tailandın paytaxtı Banqkokda zəlzələ zamanı Baş Auditor İdarəsinin tikintisi davam edən binasının çökməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
Bu barədə şəhər administrasiyası məlumat yayıb.
Bildirilib ki, 30 mərtəbəli binanı dağıdan zəlzələdən bir ay sonra 31 nəfər itkin düşmüş hesab olunur. Xilasetmə xidmətləri axtarış əməliyyatını davam etdirir.