AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Bu deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb
  • Bakıda bu ərazilərdə tıxac var, marşrutlar gecikir – Siyahı
  • ADNSU-da tələbələrin 84 faizi təqaüd alacaq
  • Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb
  • Füzulinin daha bir kəndindən – Video
  • COVAX təşəbbüsü əhəmiyyətini itirir
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Azərbaycanda səfərbərlik elan olunur? – Rəsmi cavab
  • Moskvada “MDB-30 il” iqtisadi forumu keçiriləcək
  • MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir
  • Bu deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb
  • Bakıda bu ərazilərdə tıxac var, marşrutlar gecikir – Siyahı
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Azərbaycanda səfərbərlik elan olunur? – Rəsmi cavab
  • Moskvada “MDB-30 il” iqtisadi forumu keçiriləcək
  • Yeni evlərin qazlaşdırılması başa çatdırıldı – Fotolar
  • Hərbçilərin maaşı artırıldı – Rəsmi
  • SOCAR’da aparılan islahatlar kütləvi ixtisara səbəb ola bilərmi? – Şirkətdən açıqlama
  • AZAL-dan bileti ‘batan’ sərnişinlərə təklif
  • Hulusi Akar ATƏT-in Ukrayna üzrə missiyasına dəstək verib
  • Nuru Paşanın vəfatından 72 il ötür
  • “Azərpoçt”un rəhbəri dəyişdi
  • Ərşad Hüseynovdan Kamal Cəfərova cavab
  • Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
  • Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib
  • Təhsil eksperti o statusu niyə yazdı?
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Bandotdel” silahlı şəxsləri saxladı, 20 kq narkotik aşkarlandı – VİDEO
11/01/2021 17:53
Füzulinin daha bir kəndindən – Video
02/03/2021 18:42
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
02/03/2021 15:32
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
02/03/2021 13:37
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video
02/03/2021 12:39
Oğurluq edərkən kameraya düşdü – VİDEO
02/03/2021 12:37
Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO
02/03/2021 11:00
“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video
02/03/2021 10:47
RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO
01/03/2021 17:24
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
01/03/2021 15:07
Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO
01/03/2021 13:49
DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO
01/03/2021 11:24
Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO
01/03/2021 11:22
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO
01/03/2021 11:14
“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video
01/03/2021 11:07
Martın ilk günü Gədəbəyə qar yağır – Video
01/03/2021 10:27
Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO
01/03/2021 10:09

Video xəbərlər

  • Füzulinin daha bir kəndindən – Video
  • Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
  • “Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
  • Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video
  • Oğurluq edərkən kameraya düşdü – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

02/03/2021
19:55 Bu deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb
19:42 Bakıda bu ərazilərdə tıxac var, marşrutlar gecikir – Siyahı
19:27 ADNSU-da tələbələrin 84 faizi təqaüd alacaq
18:44 Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb
18:42 Füzulinin daha bir kəndindən – Video
18:37 COVAX təşəbbüsü əhəmiyyətini itirir
18:11 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
17:54 Azərbaycanda səfərbərlik elan olunur? – Rəsmi cavab
17:52 Moskvada “MDB-30 il” iqtisadi forumu keçiriləcək
17:49 MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir
17:47 Yeni evlərin qazlaşdırılması başa çatdırıldı – Fotolar
17:37 Hərbçilərin maaşı artırıldı – Rəsmi
17:36 SOCAR’da aparılan islahatlar kütləvi ixtisara səbəb ola bilərmi? – Şirkətdən açıqlama
17:29 AZAL-dan bileti ‘batan’ sərnişinlərə təklif
17:22 Hulusi Akar ATƏT-in Ukrayna üzrə missiyasına dəstək verib
17:05 Nuru Paşanın vəfatından 72 il ötür
16:57 “Azərpoçt”un rəhbəri dəyişdi
16:47 Hər iki istiqamətdə qatlana bilən displey təqdim edilib
16:44 Magistratura imtahanının nəticələri açıqlandı
16:42 “YouTube” videohostinqi “TikTok”un analoqunu hazırlayıb
16:37 Ərşad Hüseynovdan Kamal Cəfərova cavab
16:17 Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
16:12 Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib
16:04 Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək
16:02 Təhsil eksperti o statusu niyə yazdı?
15:57 Səkinə İsmayılova həyat yoldaşını itirdi
15:54 Qobustanda küçənin satılması ilə bağlı iddiaya rəsmi cavab
15:52 Bayden Qorbaçovu təbrik edib
15:43 Şəhid olan atasının xidmət etdiyi Şuşaya təyinat aldı
15:42 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
15:41 Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
15:39 Ukrayna prezidenti koronavirusa qarşı vaksinasiya olunub
15:37 JIJI PRESS işğaldan azad edilən ərazilərdə başlamış quruculuq işlərindən yazıb
15:34 “YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açıb
15:32 Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
15:17 COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək
15:02 Dünyadakı milyarderlərin sayı açıqlandı
14:52 Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib
14:47 “Mahal” MTK-nın eks-sədrinə cinayət işi açıldı
14:42 Anar Kərimov Fəxrəddin Altunla bir arada – Fotolar
14:32 Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək
14:30 Qarabağdakı axtarış missiyasının iştirakçısı: “Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır”
14:27 Bostonda Xocalı ilə bağlı “səssiz” aksiya – Fotolar
14:19 Azərbaycanda yoluxma sayı 300-ü keçdi
14:17 İndoneziyada vulkan 5 km yüksəkliyə kül püskürüb
14:07 İsrail həkimləri gözünü itirən qazimizi müalicə etdi – Foto
13:47 Fikrət Sadıxov: “Dövlət başçısı vəziyyəti geniş təhlil etdi”
13:37 “Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
13:35 Məktəblərin bağlanacağı söz-söhbəti doğrudurmu? – Nazirlik məlumat yaydı
13:27 Bakıda ilk bio-smart dayanacaq quraşdırıldı – Fotolar
13:22 İndiyədək vaksinasiyadan keçənlərin sayı açıqlandı
13:17 ABŞ nəşri: Mübariz böyüdüyü evi viranə görəndə ağladı
13:09 Sabah güclü külək əsəcək
13:07 “Windows 10” əməliyyat sisteminin ən populyar versiyası məlum olub
13:05 Fransanın Kleber meydanına “Xocalı – 613” yazıldı – Fotolar
13:00 “Pittsburgh Paints” boyaları Naftalanda – Fotolar
12:57 İsrail ərəb dövlətləri ilə hərbi alyans yaradır
12:39 Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video
12:37 Oğurluq edərkən kameraya düşdü – VİDEO
12:27 Bakı İslam Universitetinin diplomları tanınmır? – Rəsmi açıqlama

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Bandotdel” silahlı şəxsləri saxladı, 20 kq narkotik aşkarlandı – VİDEO

Multimedia 11/01/2021 17:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bandotdel”in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan 11 nəfərdən 20 kiloqramdan artıq narkotik vasitə və çoxlu sayda silah-sursat aşkar edilib.

Daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub.Onun evində axtarış aparılan zaman 9 kiloqrama yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb.Şəxsi axtarış zamanı ondan 1 ədəd “Mauzer” markalı tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub.Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub.Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.

Oxumağa dəyər:   Meyvə-tərəvəz mağazası yandı

Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb.Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Marqolin” konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb.Onun üzərindən bir ədəd “Makarov” markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.

Növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib.Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub.Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” tipli tapança aşkar edilib.

Oxumağa dəyər:   Səkinə İsmayılova həyat yoldaşını itirdi

İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər – Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar.Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin daha bir kəndindən – Video

Multimedia 02/03/2021 18:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndindən videogörüntülər paylaşıb. 

“Qafqazinfo” həmin videogörüntüləri təqdim edir: 


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Multimedia 02/03/2021 15:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.

“Report”un Yuxarı Şirvan bürosunun əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.

Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Muradın da müqəddəs hesab etdiyi vətən qarşısındakı borcu – hərbi xidmətə yollanıb. Həqiqi Hərbi Xidmətini başa vurduqdan sonra təxris edilib. Xidməti dövründə nizam-intizamı və vətənpərvərliyi ilə komandir və rəislərinin diqqətini cəlb edən Murad yoldaşları arasında da böyük hörmət qazana bilib.

Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən Murad düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.

Oxumağa dəyər:   İranda 4 nəfər edam olunub

Aldığı ağır yara səbəbindən hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aiddiyyatı qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Multimedia 02/03/2021 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sərbəst fəaliyyət göstərən (freelancer) amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında Yerevandan reportajları davam etdirir.

P. Pankasterin növbəti reportajı ötən gün martın 1-də axşam Yerevanda yürüş-mitinq keçirən “Sasna tsrer” millətçi-terrorçu qruplaşmasının üzvləri barədədir. Həmin qruplaşma əslində Nikol Paşinyanın siyasi müttəfiqləridir, amma dünən axşam Yerevanda hakimiyyət və müxalifət tərəfdarlarından ayrıca aksiya təşkil etmişdi.

Patrik Lankaster millətçi marşların sədaları altında yürüş edən “Sasna Tsrer” üzvlərindən birini sorğu-suala tutur:

– Deyin, burada nə baş verir?

– Bilmirəm, bu tədbiri ingiliscə necə adlandırmaq olar. Lakin siz əhəmiyyətini görürsünüz. Biz azadlığımız uğrunda yürüşə çıxmışıq, çünki bizim ölkəni Rusiya işğal edib, bu yaxınlarda isə üstəlik Azərbaycan tərəfindən işğal edilib…

Həmin millətçi erməni əlavə edir ki, Ermənistan 100 ildən artıqdır rus işğalı altındadır. O, Rusiyanı üstəlik “arsaxı Azərbaycana verməkdə” ittiham edir. “Ona görə də bizim etirazımız Rusiya işğalına qarşıdır”,-erməni nasist vurğulayır.

Oxumağa dəyər:   Bayden Qorbaçovu təbrik edib

Əlavə edir ki, küçənin o tərəfindəki hər iki mitinq (müxalifət və hökumət tərəfdarlarının mitinqi) Rusiyanın maraqlarını təmsil edir. Onların etirazı isə “erməni xalqının yeganə səsidir”.

– Siz hesab edirsiniz ki, Ermənistan üçün Rusiyasız daha yaxşı olacaq?

– Bəli, Rusiya Ermənistanın düşmənidir və bizim ölkəmizi 1920-ci ildə işğal edib. Biz müstəqil ölkə idik və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdıq, onlar isə bizi işğal etdilər.

– Axı bir çox ermənilər Rusiyanı sevir?!

– Bəli, çünki onlar işğal altındadırlar. Onlar (ruslar) hər şeyə nəzarət edir, maliyyə işlərinə, orduya. Bir çox razılaşmalar imzalanıb və nəticədə bizim müdafiə sistemimiz çöküb. Bu müharibədə erməni silahları ilə bağlı çoxlu problemlər ortaya çıxdı. Paşinyan dedi ki, bir çox silahlar ümumiyyətlə işləmədi. Cəmi 10 faiz işləyə bildi (Paşinyanın “İsgəndər”lər haqda məlum bəyanatını nəzərdə tutur), bu da onu göstərir ki, Rusiya düşməndir.

Oxumağa dəyər:   Qazilərimiz üçün İsraildən həkim heyəti gətirildi - Fotolar

Həmin erməni özünü “Sasna Tsrer” qruplaşmasının da daxil olduğu “Milli demokratik ittifaq” adlı hərəkatın üzvü kimi təqdim edir. Bildirir ki, onlar Qaregin Njdenin (erməni faşisti və müasir Ermənistan dövlətinin ideoloji atası) heykəlinin qarşısına toplaşıblar, “Rusiya işğalına son qoyulmasını” tələb edirlər…

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Multimedia 02/03/2021 12:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.

Bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:

“30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.

Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Oğurluq edərkən kameraya düşdü – VİDEO

Multimedia 02/03/2021 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

Əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən klə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Multimedia 02/03/2021 11:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.

“Report” görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Multimedia 02/03/2021 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” təxirəsalınmaz işləri davam etdirir. 

verilən məlumata görə,  40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb.

Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Bu çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji” mütəxəssisləri ilə yanaşı yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda su tullayıcı qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.

Oxumağa dəyər:   Səkinə İsmayılova həyat yoldaşını itirdi

Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

Multimedia 01/03/2021 17:24
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycanın Qarbağın bərpasına, ilk novbədə də burada infrastrukturun bərpasına çox ciddi yanaşdığını görürəm. Həyatın bərpa olunması çox gözəldir”.

Bunu “Report”aAzərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfər etmiş Rusiyanın RBK telekanalının xüsusi müxbiri Artyom Patyomin deyib.

Jurnalist gördüklərinin yaratdığı təəssüratlardan danışıb: “Uzun zaman burada heç nə olmayıb. Ağdamda elə təəssürat var ki, sanki nüvə partlayışı olub. Demək olar, heç bir ev salamat qalmayıb. Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?! Ağdamdan məcburi şəkildə köçkün düşən şəxslərlə görüşmüşəm. Onlar kiçik vətənlərini göz yaşları ilə xatırlayırlar və qayıtmağı çox istəyirlər. Ümid edirəm ki, sizdə hər şey alınacaq, şəhər bərpa olunacaq və onlar geri qayıda biləcəklər”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

Multimedia 01/03/2021 15:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Multimedia 01/03/2021 13:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.

 DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi  aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO

Multimedia 01/03/2021 11:24
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha  müraciət edib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.

Oxumağa dəyər:   COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək

Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO

Multimedia 01/03/2021 11:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İyirmidən çox şəxsin etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib. Bu barədə kart sahibi polisə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.

Qeyd edək ki, R.Orucovdan əsasən ahıl yaşlı şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.

Oxumağa dəyər:   Qazilərimiz üçün İsraildən həkim heyəti gətirildi - Fotolar

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt  ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO

Multimedia 01/03/2021 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.

Məlumata görə, ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.Fond tərəfindən bu günə qədər 23 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Oxumağa dəyər:   Ərşad Hüseynovdan Kamal Cəfərova cavab

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov-az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video

Multimedia 01/03/2021 11:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətən Müharibəsində peşəsindən asılı olmayaraq demək olar ki, hər kəs yumruq kimi birləşərək orduya dəstək olmağa can atırdı, arxa cəbhədə olanlar da əsgərlərə əlindən gələn köməyi edirdi. Onların səhhətinə cavabdeh olub bir çox hərbçini yenidən həyata, döyüş meydanına qaytaran isə həkimlərimiz idi.

“Qafqazinfo” olaraq həkim-nevropotoloq, baş leytenant Elşad Əliyevlə XTQ zabiti, dörd aydır erməni snayperin vurduğu gülləni başında gəzdirən Zaur Muradovun həkimi kimi tanış olmuşduq. Bu dəfə onunla daha geniş söhbət edib həkimin ön cəbhədə yaralıların yaşaması uğrunda apardığı özünəməxsus döyüş, müharibə günləri və yaralı əsgərlərimizin qəhrəmanlıq salnamələri haqda danışdıq. 

Füzuli, Hadrut və Xocavənddə hərbi həkim kimi xidmət edən E.Əliyevlə müsahibəni təqdim edirik:

Video: Pərvin Zeynal





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Martın ilk günü Gədəbəyə qar yağır – Video

Multimedia 01/03/2021 10:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün səhər saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağmağa başlayıb.

Yağıntı nəticəsində rayon mərkəzində, həmçinin Şəmkir-Gədəbəy avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaranıb.

Hazırda davam edən qarlı hava vətəndaşlar üçün də müəyyən kommunal problemlər yaradıb. 

Elmar Əli

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO

Multimedia 01/03/2021 10:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 02/03/2021 18:42

Füzulinin daha bir kəndindən – Video

Read more
Multimedia 02/03/2021 15:32

Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Read more
Multimedia 02/03/2021 13:37

“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Read more
Multimedia 02/03/2021 12:39

Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Read more
Multimedia 02/03/2021 12:37

Oğurluq edərkən kameraya düşdü – VİDEO

Read more
Multimedia 02/03/2021 11:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Read more
Multimedia 02/03/2021 10:47

“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Read more
Multimedia 01/03/2021 17:24

RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

Read more
Multimedia 01/03/2021 15:07

Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

Read more
Multimedia 01/03/2021 13:49

Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Read more
Multimedia 01/03/2021 11:24

DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO

Read more
Multimedia 01/03/2021 11:22

Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO

Read more
Multimedia 01/03/2021 11:14

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO

Read more
Multimedia 01/03/2021 11:07

“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video

Read more
Multimedia 01/03/2021 10:27

Martın ilk günü Gədəbəyə qar yağır – Video

Read more
Multimedia 01/03/2021 10:09

Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 28/02/2021 18:42

Xocavəndin Çiraquz kəndi – VİDEO

Read more
Xəbər 28/02/2021 18:04

Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Read more
Multimedia 28/02/2021 12:57

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Read more
Multimedia 28/02/2021 01:07

Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Read more
Multimedia 27/02/2021 16:57

Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Read more
Multimedia 27/02/2021 16:42

Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

Read more
Multimedia 27/02/2021 16:07

“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

Read more
Multimedia 27/02/2021 15:12

İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

Read more
Multimedia 27/02/2021 13:44

“Alı” ləqəbli narkotacir saxlanıldı – Video

Read more
Multimedia 27/02/2021 13:42

Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO

Read more
Multimedia 27/02/2021 13:27

Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

Read more
Multimedia 27/02/2021 10:47

Əfəndilər kəndindən görüntülər – Video

Read more
Multimedia 27/02/2021 08:07

ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO

Read more
Multimedia 26/02/2021 19:42

Şuşada bir dəqiqəlik sükut… – Video

Read more
Multimedia 26/02/2021 18:37

Şəhid ailələrinə verilən binadan reportaj – Video

Read more
Multimedia 26/02/2021 17:57

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

Read more
Multimedia 26/02/2021 15:47

Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO

Read more
Multimedia 26/02/2021 14:00

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Read more
Multimedia 26/02/2021 12:29

Bakıda 1000 manata tapança satmaq istədi – Video

Read more
Multimedia 26/02/2021 10:57

İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla