Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb.
Mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb.
O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Report”a bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.