“Baku Medical Plaza”da oyaq halda beyin əməliyyatı icra olundu – VİDEO
“Baku Medical Plaza”da xəstəyə oyanıq halda beyin əməliyyatı icra edilib.
Motor və sensor korteksdə (hərəkəti və hissiyatı təmin edən beyin qabığı) yerləşmiş glial törəmə diaqnozlu 19 yaşlı gəncin üzərində əməliyyat tam uğurla tamamlanıb. Əməliyyatın video görüntüləri sosial şəbəkələrdə maraqla izlənib.
Əməliyyat Babək filialının Neyrocərrahı Dr. Tural Rəhimli tərəfindən icra edilib. Əməliyyatın oyanıq şəkildə keçməsini təmin edən xəstəxanamızın baş həkimi və həmçinin Anestezioloq-Reanimatoloqu Dr. Kamal Quliyev və professional komandası olub.
Əməliyyat müddətində xəstə həkimlərin suallarını cavablandırıb. Əməliyyatın bu üsulla təşkili və xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir.
Bu qəbildən olan əməliyyat həm cərrah və anestezioloqun peşəkarlığı, həm də yeni nəsil avadanlıqların movcudluğu ilə mümkün olur.
Maddi cəhətdən digər beyin əməliyyatlarından fərqlənməyən bu cərrahi müdaxilələr son illər ABŞ-də və inkişaf etmiş Avropa ölkələrində geniş yayılıb.
Ağdamda müşahidəçidən səsvermə sonrası maraqlı ifa – Video
Ağdamda seçki məntəqəsində maraqlı anlar yaşanıb.
Müşahidəçi səsvermədən sonra “Qarabağdadır” mahnısını ifa edib.
Onun bu ifasını məntəqədə olanlar alqışlarla qarşılayıb.
Ətraflı İTV xəbərin videomaterialında:
Prezidentin xanımı və qızı ilə səsverməsindən – Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.
“Qafqazinfo” səsvermədən görüntüləri təqdim edir:
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt küçələrində parklanma qaydalarını pozan sürücüləri xüsusi texniki vasitədən istifadə etməklə cərimələyir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi paytaxt küçələrində hərəkətdə olarkən düzgün parkinq edilməmiş avtomobilləri müəyyən edir və onlar barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.
Hazırda AYNA tərəfindən pilot layihə kimi həyata keçirilən yenilik kütləvi xarakter daşımasa da, yaxın vaxtlarda bütün paytaxt ərazisini əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, qanunla müəyyən edilmiş parkinq ərazilərində, yəni “Azparkinq” sistemi üzrə park edilmiş avtomobillər də qaydalara uyğun formada park edilməsə, onlar da cərimələnir.
Xatırladaq ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə 60 manat cərimə nəzərdə tutulub.
Məsələ ilə bağlı “Xəzər Xəbər”in daha geniş süjetini təqdim edirik:
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı – Video
Bakıda “manatlıq” taksilərin əsas toplanma yeri olan metronun “20 Yanvar” stansiyasının ətrafı onlardan təmizlənib.
Lakin həmin taksilərin yığışdırılması özü ilə bir sıra problemlər yaradıb. Ərazidən daha çox Sumqayıt istiqamətinə gedən taksiləri indi sərnişinlər əl-əl axtarırlar.
Gecikən avtobuslar sərnişinləri yolda qoyur, taksi sürücüləri isə avtomobillərini harada-gəldi saxlayırlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb.
Naxçıvanda evlərin zirzəmilərini su basdı – Video
FHN-in “112” qaynar xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsi və 20-ci məhəllə ərazisində bəzi evlərin zirzəmisinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Magistral yolun kənarında yanğın – Video
FHN-in “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğın Bakı-Qazax magistralının kənarında baş verib.
Ayı ilə əlbəyaxa olan kişinin oğlu danışdı – “Mal-qaranı xilas etmək istəyib” – VİDEO
Xəbər verdiyimiz kimi, dünən Oğuz sakininə ayı hücum edib.
Hadisə “Kor dərə” adlanan dağlıq ərazidə baş verib.
62 yaşlı Bakir Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. O, heyvanları xilas etmək istədiyi üçün ayıya müqavimət göstərib.
Ağır xəsarətlər alan Bakir əliyev əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ilk yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun müalicəsi xəstəxanada davam etdirilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Bu yolda hər dəqiqə qaydalar pozulur, tıxac yaranır, qəza olur… – Video
Bir neçə ildir, Bakının Nərimanov rayonu ərazisində – Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsində avtomobillərin hərəkətindəki problem həll edilmir.
Ağa Nemətulla küçəsi təmir edilərkən o vaxt fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyinin kəsişmədə asfalta çəkdirdiyi dairə hələ də ərazidə çaşqınlıq yaradır.
Belə ki, Ağa Nemətulla kəsişməsində – Nərimanov Rayon Məhkəməsinin köhnə binasının qarşısında geriyədönmə ləğv edildiyindən metronun “Nərimanov” stansiyası istiqamətindən gələrək Heydər Əliyev prospektinə doğru hərəkət edən avtomobillər kütləvi şəkildə bu “dairə”dən istifadə edirlər və geriyə dönməklə tıxaclara, demək olar ki, hər gün çoxsaylı kiçik qəzalara səbəb olurlar. Halbuki burada yolun soluna geriyə dönmək qadağandır işarəsi qoyulub və Ağa Nemətulla küçəsindən gələn avtomobillər yalnız düzünə və sağa hərəkət edə bilərlər. Həmçinin ərazidə dairənin olmasına dair hər hansı işarə və nişan yoxdur. İllər əvvəl yerə çəkilmiş naməlum dairəvi xətt isə demək olar ki, pozularaq görünməz hala düşüb.
Ərazidə müşahidə apararkən burada sürücülərin kütləvi şəkildə Ağa Nemətulla küçəsindən gələrək qaydaları pozmasını və geriyə dönməsini müşahidə etdik. Bu da buradakı kameraların ya işləməməsi, ya da ümumiyyətlə, qaydaları pozan sürücülərin məsuliyyətə cəlb edilmədiyinə dəlalət edir. Qaydaların pozulmasına görə cərimələr tətbiq edilsəydi, bu qədər kütləvi qayda pozuntularının olmayacağı dəqiqdir.
Məlumat üçün bildirək ki, əslində sürücülər qaydaları pozmayaraq, sağa dönüb bir neçə yüz metr qət etməklə Əlicabbar Orucəliyev, Vladimir Mayakovski və ya İsmayıl Hidayətzadə küçələrindən istifadə etməklə Heydər Əliyev prospektinə çıxa bilərlər.
Bundan başqa, Çernyayevski küçəsinin bağlanğıc nöqtəsində, Ağa Nemətulla küçəsi ilə kəsişməsində 67 saylı müntəzəm marşrut xəttinin sonuncu dayanacağı yerləşir. Burada avtobusların yolun hərəkət hissəsini zəbt etməsi, bəzən 3-4 avtobusun ərazidə dayanması da tıxacın artmasına səbəb olan amillərdən biridir.
Bütün qeyd edilənlər bu ərazidə hərəkətin yenidən təşkil edilməsinin zəruriliyini, aidiyyəti dövlət qurumlarının məsələyə operativ və funksional şəkildə yanaşmasının vacibliyini göstərir.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, qeyd edilən ərazidən keçən sürücülər mövcud nişanların tələblərinə əməl etməlidir: “Ağa Nemətulla küçəsində yol kəsişməsində vaxtilə kustar üsulla asfalta çəkilən dairə cizgisi tərəfimizdən təşkil edilməyib. Uyğunsuzluq aradan qaldırılıb və həmin yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar”.
Bakı şəhər DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli isə saytımıza bildirib ki, sözügedən ərazidə məlumatverici-göstərici hərəkət sxemi nişanı, sonra isə məcburedici (düzünə sağa) nişanı ilə təchiz olunub: “Sürücülər tərəfindən geriyədönmə əməliyyatı aparıldıqda artıq yol hərəkəti qaydalarının pozulması baş verir. Sürücülərə bildirmək istəyirik ki, bu istiqamətdə hərəkətdə olarkən diqqətli davranaraq yalnız düzünə və sağa hərəkət edə bilərlər. Yol hərəkəti qaydalarını pozduqarı halda vizual şəkildə aşkar olunarsa, Yol Patrul Xidməti inspektorları tərəfindən, digər halda isə Xüsusi Texniki Vasitə tərəfindən inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər:
“Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib”.
Qubadlıda açıq ərazidə yanğın olub – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonu, Xəndək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
FHN ticarət mərkəzində təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Bakının Binəqədi rayonunda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
“Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”,- məlumatda qeyd olunub.
Tutumun istismarı dayandırıldı – Video
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonunun Xətai kəndində fəaliyyət göstərən “Toğrul” kiçik müəssisəsinə məxsus maye yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazlarının və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
“Azərişıq” Binə qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir – VİDEO
“Azərişıq” ASC ölkənin bütün regionları ilə yanaşı Bakının ətraf kənd və qəsəbələrində də elektrik təsərrüfatını yeniləyir.
Həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xəzər rayonunda nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb.
Bir sıra komplekt transformator məntəqələrdə (KTM) son tamamlanma işləri həyata keçirilir. Rayonun 45 minə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə qəsəbəsində 9 ədəd yeni güc mərkəzi layihələndirilib. Bunlardan 5-i tamamlanıb, 4-ündə isə tamamlanma işləri görülür.
Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə 0,4 və 6 kV-luq elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, müasir tipli dayaqlar əkilir, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün 6/10 kV-luq hava xətlərində təmir işləri aparılır.
Abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işlərini ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda paralel şəkildə davam etdirir.
Vətənə anadan gələn xanım… – Video
Real TV-nin rəhbəri Mirşahin Ağayev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə xüsusi reportaj hazırlayıb.
Tanınmış jurnalist reportajda birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan özünəməxsus şəkildə bəhs edib.
Həmin reportajı təqdim edirik:
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.
Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.
Həmçinin baxın
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Ayı ilə əlbəyaxa olan kişinin oğlu danışdı – “Mal-qaranı xilas etmək istəyib” – VİDEO
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib – VİDEO
Azərbaycanın ən böyük elektrik stansiyasına İtaliyadan nəhəng avadanlıq gətirmək üçün yollar qazılmalı oldu – VİDEO
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir – VİDEO
Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər – VİDEO
Şuşada kamera müşahidəsi aparılır – Şəhəri zibilləyənlər cərimələnəcək – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla