Xızı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometrliyində baş verən qəza zamanı “VAZ 2107” markalı avtomobil iki yük maşınının arasında qalıb.

Nəticədə həmin avtomobildə olan bir kişi və iki qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo