Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Bu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. “20 Yanvar” dairəsində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Əsəd Əhmədov küçəsi, “İnşaatçılar” metro stansiyası istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

7. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

İstinadlar Qafqazinfo