Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

Hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər.

Yürüşdə 100 nəfər hərbçi iştirak edir.

Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

İstinadlar Report