Bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəzadır.

Yaranmış narahatlıqla əlaqədar agentlik abonentlərdən üzr istəyir.