Sosial şəbəkələrdə “BakıKart” tətbiqində problemlərin yaranması ilə bağlı məlumat yayılıb. 

Sərnişinlər texniki nasazlıq səbəbindən tətbiqdən istifadə edə bilmədiklərini yazırlar. Onların sözlərinə görə, daha əvvəl də tətbiqdə ödəniş zamanı donmalar olması, izləmə sisteminin işləməməsi halları olsa da, hazırda tətbiqin fəaliyyəti tamamilə dayanıb. 

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır: “BakıKart tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq BakıKart kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

İstinadlar Qafqazinfo