Bakıda ofisin seyfindən 46 444 manat pul oğurlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradov və T.Əfəndiyev saxlanılıb.

İstinadlar Report