“Azərbaycan Hava Yolları” (AZAL)  aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

Hava gəmisinin kapitanı  təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər  təyyarəsi ilə Antalyaya uçacaq.