“Buta Airways” aviaşirkətinə məxsus “J2 9111” nömrəli təyyarə Ankaranın Esenboğa Hava limanında məcburi eniş edib.

Bu gün saat 07:39-da Bakıdan havaya qalxan təyyarə qeyri-sabit hava şəraitinə görə Alanya Hava Limanına eniş edə bilməyib. Nəticədə, kapitan Esenboğa Hava Limanına getmək qərarı verib.

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.