Bakıda müəyyən edilməyən avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 4-ü saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu keçmək istəyən Xaçmaz rayon sakini Oqtay Rüstəmov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

İstinadlar Report