
Bu yaxınlarda Türkmənistanla Bakıdakı Türk Ticarət Mərkəzində (TTM) bu ölkənin pavilyonunun açılması ilə bağlı Anlaşma Memorandumu imzalanacaq.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Yılmaz Okuklu bildirib.
“TTM-də Türkmənistan pavilyonu üçün yer ayrılıb. Azərbaycana gəlincə, bu pavilyonda ölkəni İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) təmsil edəcək. Bu məsələnin həlli və bununla bağlı İşçi qrupunun yaradılması ilə bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla müzakirələr apardım və dəstək istədim. Ümumiyyətlə, TTM-də dövlətlər səfirlik çərçivəsində təmsil olunur”, – o vurğulayıb.