Bakının Keşlə qəsəbəsində kütləvi dava zamanı biri təqaüddə olan polis olmaqla iki nəfəri öldürməkdə ittiham edilən Ceyhun və Ramin İsayev qardaşlarının və Rauf Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il  müddətinə azadlıqdan məhrum edilib.  

Qeyd edək ki, kütləvi dava ötən ilin fevralında Nizami rayonunun, Keşlə qəsəbəsində qeydə alınıb. Dava zamanı biri təqaüddə olan polis əməkdaşı olmaqla iki nəfər öldürülüb. 

C.İsayev R.Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddələri, R.İsayevə isə eyni məcəlləsinin 221.3-cü ( Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim

İstinadlar Qafqazinfo